“Tottenhem” hücumçusunu satdı

11:25 13 İyul 2022

"Tottenhem" forvardı Cek Klarkı "Sanderlend"ə satıb.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin U-21 yığmasının üzvü yeni komandası ilə 4 illik müqavilə imzalayıb.

2019-cu ildə "Lids"dən transfer edilmiş futbolçuya böyük ümidlər bəslənilsə də, o, əsas komandada oynamaq imkanı qazanmayıb.  


Digər xəbərlər

Xəbər xətti