Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Sportarena.az xəbər verir ki, Azərbaycan klubları arasında 141,5 xalla 89-cu pillədə qərarlaşan "Qarabağ" ən yaxşı nəticəyə malikdir. "Neftçi" "Atlas"la (Meksika) ilə birgə 81 xal toplayıb və 234-cü pilləni bölüşür.
Braziliyanın "Palmeyras" (322 xal) klubu isə "Flamenqo" (301) və "Atletiko Mineyro" (293) qabaqlayaraq, reytinq cədvəlinə başçılıq edir. Ümumilikdə isə reytinqə 300 klub daxildir.