"Sabah" "Fənərbaxça" və "Portu"nun sabiq futbolçusu ilə müqavilə imzaladı

16:03 13 İyul 2022

"Sabah" daha bir futbolçunun transferini reallaşdırıb.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Abdulaye Ba bundan sonra Masazır klubunun formasını geyinəcək. Mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanılıb.

Təcrübəli futbolçu “Portu”, “Moreyrense”, “Aroka", "Rayo Valyekano”, “Deportivo”, “Fənərbaxça”, “Alanyaspor”, "Münhen 1860”, “Dinamo” (Buxarest) klublarında oynayıb.

Abdulaye Ba “Sabah”da 13 nömrəli formada çıxış edəcək. 


Digər xəbərlər

Xəbər xətti