Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında çıxış edəcək kişilərdən ibarət Azərbaycan yığması iyulun 22-də Gürcüstana yollanacaq.
Sportarena.az xəbər verir ki, millimiz iyulun 29-dək davam edəcək hazırlıq çərçivəsində yerli komandalarla yoxlama görüşləri keçirəcək.
Hazırda isə millimiz paytaxtda hazırlığın ilk mərhələsəni keçir. Hər gün davam etdirilən hazırlıq prosesi baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə həyata keçirilir.
Millimiz İslam Oyunlarında B qrupunda Türkiyə və İranla qarşılaşacaq.
5-ci İslam Həmrəyliyi Oyunları 9-18 avqustda keçiriləcək.