"Bavariya"dan ayrılacağı gündəmdə olan Robert Levandovski Münhen klubunun düşərgəsinə qoşulub.
Sportarena.az Almaniya mətbuatına istinadən xəbər verir ki, "Barselona"ya keçmək istədiyi üçün "Bavariya"nın məşqlərinə qatılmaq istəmədiyi iddia edilən polşalının komandada qalıb-qalmayacağı hələ ki, konkretləşməyib.
33 yaşlı hücumçu üçün "Bavariya" Kataloniya klubundan 55 milyon avro tələb edir.