"Fənərbaxça"dan ayrılan Mesut Özilin yeni klubu məlum olub.
Sportarena.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını yenə Türkiyədə davam etdirəcək. Almaniya millisinin keçmiş üzvü "Başakşehir"ə transfer olub. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Mesut Özil "Fənərbaxça"ya 2021-ci ilin yanvarında "Arsenal"dan transfer olmuşdu. Ulduz futbolçu "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 37 matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.