“Qəbələ”nin rəqibi “Qalatasaray”a qalib gəldi

11:33 14 İyul 2022

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" hazırlığı davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Macarıstan təmsilçisi Avstriya toplanışı çərçivəsində "Qalatasaray"la qarşılaşıb. Matç "Fehervar"ın 1:0 hesablı qələbəsiylə başa çatıb.
 

Qeyd edək ki, "Qəbələ" "Fehervar"la ilk oyunu 21 iyul tarixində səfərdə keçirəcək. Bu komandalar arasında cavab görüşü isə iyulun 28-də Qəbələdə baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti