Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri məlum oldu

12:41 14 İyul 2022

"Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi "Sürix" səddini keçərsə, növbəti mərhələdə də səpələnmişlər sırasında yer alacaq. Qurban Qurbanovun komandası belə olacağı təqdirdə, nisbətən zəif çempionlardan biri ilə üz-üzə gələcək.

"Qarabağ" 4 cütdən biri ilə və ya Kiprin "Apollon" (Limassol) klubu ilə üz-üzə gələcək.  "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi isə "Qarabağ"a rəqib olmayacaq.

III təsnifat mərhələsi

Səpələnmişlər

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya)
"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi
HİK (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya)
"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)
"Jalgiris" (Litva) - "Malmö" (İsveç)

Səpələnməmişlər

"Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya)
"Maribor" (Sloveniya) - "Şerif" (Moldova)
"Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç)
"Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya)
"Apollon" (Limassol, Kipr)
"Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)

​III təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.


Digər xəbərlər

Xəbər xətti