Fransanın PSJ klubu ulduz futbolçusu Lionel Messi ilə müqavilənin müddətini daha bir il uzatmaq istəyir.
Paris təmsilçisinin rəhbərliyi bu barədə 35 yaşlı hücumçunun nümayəndələrini məlumatlandırıb.
Argentinalı forvard PSJ-dəki gələcəyi ilə bağlı qərarı bu il Qətərdə keçiriləcək dünya çempionatından sonra verəcək.
Qeyd edək ki, Lionel Messinin klubla hazırkı sözləşməsi 2023-cü ildə başa çatmalıdır. (Report)