"Şaxtyor"un yeni baş məşqçisinin adına aydınlıq gəldi

13:39 14 İyul 2022

Ukraynanın “Şaxtyor” (Donetsk) komandasının yeni baş məşqçisi müəyyənləşib. Sportarena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra xorvatiyalı İqor Yoviçeviç çalışdıracaq.
 
Bu barədə Donetsk təmsilçisinin rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 
 
Yoviçeviç bu postda bir neçə gün öncə istefa vermiş italiyalı Roberto De Zerbini əvəzləyib. 


Digər xəbərlər

Xəbər xətti