Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
15 oyunda ümumilikdə 95 min 262 tamaşaçı olub. Bakıda keçirilən “Qarabağ” – “Lex” (5:1) matçı bu göstəricidə birincidir. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşü 27 min 652 fanat tribunadan izləyib.
“Dinamo” (Batumi, Gürcüstan) – “Slovan” (Slovakiya) matçı (20 min 22 tamaşaçı) 2-ci, “Ferensvaroş” (Macarıstan) – “Tobol” (Qazaxıstan) görüşü (17 min 347) 3-cü sıradadır. Digər qarşılaşmaların hər birində isə azarkeş sayı 10 mindən az olub.
Qeyd edək ki, Poznanda keçirilən “Lex” – “Qarabağ” oyunu da ilk matçlar arasında ən çox tamaşaçı toplayan görüş olmuşdu (25 min 118).