“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov İsrailə yollanıb.
Sportarena.az xəbər verir ki, Sadıqov Tel-Əvivə tək yollanmayıb. Belə ki, o, köməkçisi Eltun Yaqublu ilə birlikdə səhər reysilə Bakıdan birbaşa Tel-Əvivə uçub.
"Zirə"nin məşqçiləri komandanın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Makkabi”nin oyununu stadiondan canlı izləyəcəklər. Bu gün "Makkabi" (Tel-Əviv) "Toto" kubokunda "Makkabi"(Netanya) ilə üz-üzə gələcək.