Mahir Emreli rəsmi matçı da buraxacaq

21:56 14 İyul 2022

Sabah futbol üzrə Xorvatiya çempionatında yeni mövsümə start veriləcək. Mövsümün ilk oyununda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi son çempion “Dinamo” Zaqreb derbisində “Lokomotiv”lə üz-üzə gələcək. 
 
Azərbaycanlı futbolçu bu prinsipial matçda iştirak etməyəcək. Bunu oyundan öncəki mətbuat konfransında "Dinamo"nun baş məşqçisi Ante Çaçiç açıqlayıb:
 
“Son məşqdə 20 futbolçu var idi. Hansı ki, "Lokomotiv"lə matçda iştirak edəcəklər. Komandanı iki hissəyə ayırmışam. Qalanları "ikinci komanda"dadır. Nəzərə alsaq ki, üç gündən bir matçımız olur, vaxt və rəqabət stimulu olmayan oyunçuların fərqli şəkildə hazırlığa ehtiyacları var. Ehtiyac hiss edəndə onları "birinci komanda"ya cəlb edəcəyik. "İkinci komanda"da zədədən geri qayıdanlar - Mahir Emreli, Boşko Şutalo, Antonio Marin, Marko Bulat və Amer Qoyak, həmçinin, Emir Dilaver, Komnen Andriç və gənc Marko Brklyaça var". 
 
Xatırladaq ki, Mahir Emreli bir neçə gün öncə Xorvatiya Super Kubokunda da iştirak etməyib. Onun adı ümumiyyətlə matçın protokoluna daxil edilməyib.  


Digər xəbərlər

Xəbər xətti