Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Bu mərhələnin cavab oyunlarından biri iki gün öncə baş tutmuşdu. Bu gün keçirilmiş 29 görüşdən sonra növbəti mərhələyə adlayan bütün komandalar müəyyənləşib.
Belə ki, 2-ci təsnifat mərhələsinə “Liepaya” (Latviya), “Lexiya” (Polşa), “Vikinqur” (Farer adaları), “Şkendiya” (Şimali Makedoniya), “Milsami” (Moldova), “Tuzla Siti” (Bosniya və Herseqovina), “Rujomberok” (Slovakiya), “Payde” (Estoniya), SJK (Finlandiya), “B-36 Torshavn” (Farer adaları), “Qzira Yunayted” (Malta), “KuPS” (Finlandiya), “Petrokub” (Moldova), “Riqa” (Latviya), “Nyutaun” (Uels), “Olimpiya” (Lyublyana, Sloveniya), “Hamrun Spartans” (Malta), “Buduçnost” (Monteneqro), “Mura” (Sloveniya), “Poqon” (Polşa), “Sent-Cozefs” (Cəbəllütariq), “Tre Fyori” (San Marino), “Dinamo” (Minsk, Belarus), “Slayqo Rovers” (İrlanidya), “Saburtalo” (Gürcüstan), “Breydablik” (İslandiya), “Dunayska Streda” (Slovakiya), “Laçi” (Albaniya) və “Kruseyders” (Şimali İrlandiya) komandaları adlayıb. Daha öncə Kosovo “Drita”sı da bu siyahıya öz adını yazdırmışdı.
Xatırladaq ki, Azərbaycanı Konfrans Liqasında təmsil edən “Neftçi”, “Zirə” və “Qəbələ” mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Növbəti mərhələnin görüşləri iyulun 21-də və 28-də oynanılacaq.
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
14 iyul
Liepaya (Latviya) – Gilyani (Kosovo) 3:1 (0:1)
Ararat (Ermənistan) – Şkendiya (Şimali Makedoniya) 2:2 (0:2)
Europa (Cəbəllütariq) – Vikinqur (Farer adaları) 1:2 (0:1)
Kauno Jalgiris (Litva) – Rujomberok (Slovakiya) 0:0 (0:2)
Milsami (Moldova) – Panevejis (Litva) 2:0 (0:0)
Pandev Akademiyası (Makedoniya) – Lexiya (Polşa) 1:2 (1:4)
Payde (Estoniya) – Dinamo (Tiflis, Gürcüstan) 1:2, penaltilər 6:5 (3:2)
SJK (Finlandiya) – Flora (Estoniya) 4:2 (0:1)
Tuzla Siti (Bosniya və Herseqovina) – Tre Penne (San Marino) 6:0 (2:0)
Atletik Eskaldes (Andorra) – Qzira Yunayted (Malta) 0:1 (1:1)
B-36 Torshavn (Farer adaları) – Borats (Bosniya və Herseqovina) 3:1, penaltilər 4:3 (0:2)
Dila (Gürcüstan) – KuPS (Finlandiya) 0:0 (0:2)
Petrokub (Moldova) – Floriana (Malta) 1:0 (0:0)
Riqa (Latviya) – Derri Siti (İrlandiya) 2:0 (2:0)
Nyutaun (Uels) – HB Torshavn (Farer adaları) 2:1, penaltilər 4:2 (0:1)
Differdanj (Lüksemburq) – Olimpiya (Lyublyana, Sloveniya) 1:2 (1:1)
Hamrun Spartans (Malta) – Alaşkert (Ermənistan) 4:1 (0:1)
Lapi (Kosovo) – Buduçnost (Monteneqro) 2:2 (0:2)
Mura (Sloveniya) – Sfintul George (Moldova) 2:1 (2:1)
Partizani (Albaniya) – Saburtalo (Gürcüstan) 0:1, penaltilər 4:5 (1:0)
Slayqo Rovers (İrlanidya) – Bala Taun (Uels) 0:1, penaltilər 4:3 (2:1)
Reykyavik (İslandiya) – Poqon (Polşa) 1:0 (1:4)
Deçiç (Monteneqro) – Dinamo (Minsk, Belarus) 1:2 (1:1)
Larne (Şimali İrlandiya) – Sent Cozefs (Cəbəllütariq) 0:1 (0:0)
Tre Fyori (San Marino) – Fola (Lüksemburq) 3:1 (1:0)
Kliftonvill (Şimali İrlandiya) – Dunayska Streda (Slovakiya) 0:3 (1:2)
Kruseyders (Şimali İrlandiya) – Meqpays (Cəbəllütariq) 3:1 (1:2)
İskra (Monteneqro) – Laçi (Albaniya) 0:1 (0:0)
Breydablik (İslandiya) – Santa-Koloma (Andorra) 4:1 (1:0)