"Sabah" braziliyalı hücumçu ilə yolları ayırdı

10:42 15 İyul 2022

"Sabah" futbolçusu Lukas Rangellə yollarını ayırıb.

Sportarena.az xəbər verir ki, braziliyalı hücumçu ilə müddəti başa çatan icarə müqaviləsi yenilənməyib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Rangel "Sabah"la Premyer Liqada 8 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

27 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu "Vorskla"ya (Ukrayna) qayıdıb. 


Digər xəbərlər

Xəbər xətti