Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən XI Dünya Oyunlarında qızıl medal qazanıb.
Sportarena.az xəbər verir ki, 91 kq-dan yuxarı çəki dəcərəsində çıxış edən idmançı finalda xorvatiyalı Anto Şiriçə qalib gəlib - 3:0.
Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub etmişdi. Kikboksçunun 1/4 final mərhələsindəki rəqibi monteneqrolu Miroslav Vuyoviç rinqə çıxmayıb.