Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" növbəti yoxlama matçını keçirib.
Sportarena.az xəbər verir ki, Limassol təmsilçisi "Dnepr-1"lə üz-üzə gəlib. Matç Kipr klubunun 4:2 hesablı qələbəsiylə başa çatıb. "Aris"in heyətində Yannik Qomis dubl edib. Mixlali Samson Mayambela və Aleks Mosunda isə hərəyə bir dəfə fərqlənib.
“Neftçi”nin Limassol “Aris”i ilə ilk oyunu iyulun 21-də Kiprdə, cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.