Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Sürix" iki futbolçusunu icarəyə verib.
Sportarena.az xəbər verir ki, İsveçrə təmsilçisi Silvan Vallner və Nils Rayxmutu "Vil 1900" klubuna göndərib. Gənc futbolçular 2022/2023 mövsümünü icarə əsasında bu komandada keçirəcək.
Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçı iyulun 19-u Bakıda keçirəcək. Bu komandalar arasında cavab görüşü bir həftə sonra İsveçrədə baş tutacaq.