Ramin Musayev Frits Ştuxliki tənqid etdi

16:26 15 İyul 2022

"Hakimliklə bağlı məsələdə AFFA-nı günahlandırmaq lazım deyil ki, bəzi hakimləri itirdik".

Bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün püşkatma mərasimində deyib.

O, AFFA Hakimlər Komitəsinin sabiq sədri Frits Ştuxlikin fəaliyyətindən narazılığını gizlətməyib: "Bəzi hakimlərimizi itirdik. Rəhim Həsənov FIFA referisi olsa da, hakimlikdən getdi. Səbəbi də bəlli deyil. Gedənin arxasınca danışmazlar. Buna da şükür. Ən azından 3-4 hakimimiz qaldı. Artıq hakimlərə türkiyəli qardaşımız rəhbərlik edəcək". 


Digər xəbərlər

Xəbər xətti