Almaniya şirkəti Premyer Liqamızın sponsoru ola bilər

17:03 15 İyul 2022

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqaya yeni sponsor axtarışında olduqlarını bildirib.

O, bu gün jurnalistlərə açıqlamasında deyib ki, Almaniya şirkəti ilə danışıqlar gedir:

“Ötən mövsüm sponsor var idi. Sadəcə olaraq, həmin sponsorun bizə uyğun olmamasına görə razılıq verilmədi. Sponsorluqla bağlı danışıqlar gedir.  Bir Almaniya şirkəti ilə yazışmalarımız var. Qismət olarsa, alınacaq”.


Digər xəbərlər

Xəbər xətti