Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.
Sportarena.az xəbər verir ki, o, “Şkendiya” (Şimali Makedoniya) və “Valmeyra” (Latviya) komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
Görüş iyulun 28-də Skopye şəhərindəki “Todor Proeski National Arena”da keçiriləcək.