İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFS) FİFA və UEFA-ya qarşı apellyasiyasını rədd edib.
CAS RFS-in beynəlxalq turnirlərdən kənarlaşdırılmasına dair qərarı qüvvədə saxlayıb.
UEFA mayın 2-də Rusiya yığması və klublarını 2022/23 mövsümü üzrə bütün yarışlardan kənarlaşdırıb. Bu ölkənin komandaları avrokuboklarda, UEFA Millətlər Liqasında, U-21 Avropa çempionatında, 2022-ci il qadınlar arasında Avropa çempionatında, habelə qadınlar arasında 2023-cü il dünya çempionatının seçmə mərhələsində iştirak etməyəcəklər.
"Zenit", "Soçi" və Moskva "Dinamo"sunun da bununla bağlı CAS-a şikayəti təmin edilməyib.
Xatırladaq ki, Rusiyaya qarşı sanksiyalar bu ölkənin Ukrayna ərazisində hərbi əməliyyatlar aparması səbəbindən tətbiq olunub.