Cüdoçumuz Qran Pridə qızıl medal qazandı

22:20 15 İyul 2022

Azərbaycanlı cüdoçu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə çempion olub.

Sportarena.az xəbər verir ki, 66 kq çəki dərəcəsində yarışan cüdoçumuz finalda İtaliyanı təmsil edən Matteo Pirasla qarşılaşıb. Görüş idmançımızın qələbəsi ilə başa çatıb.

Azərbaycan yığması Qran-prinin ilk yarış gününü bir medalla başa vurub. Cüdoçumuz Ramazan Kocakov (Bəhreyn), Çarli Yanq (Böyük Britaniya) və Yanislav Gerçevi (Bolqarıstan) məğlub edərək finala yüksəlmişdi.

Orxan Səfərov isə birinci görüşündə Jaehonq Ana (Cənubi Koreya) uduzub.

Kəramət Hüseynov (60 kq) 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Hakberdi Jumayevlə (Türkmənistan) bacarmayıb.


Digər xəbərlər

Xəbər xətti