Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri dəqiqləşdi

22:49 15 İyul 2022

Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimindən əvvəl “Qarabağ”ın potensial rəqiblərinin sayı azalıb.
 
Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçisi İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, səpələnmişlər səbətində yer alacaq. Bu halda rəqiblər “Ludoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) və “Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) cütlərinin qalibləri, eləcə də Kiprin “Apollon" (Limassol" komandası olacaq.
 
ÇL-in 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi iyulun 18-də keçiriləcək. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Bu mərhələnin oyunları isə 2-3 və 9-10 avqustda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti