Zaqreb “Dinamo”sundan yeni mövsümə uğurlu start

10:18 16 İyul 2022

Futbol üzrə Xorvatiya çempionatında 2022/23 mövsümünə start verilib. Sportarena.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da yeni mövsümdə ilk matçına çıxıb.
 
Sözügedən komanda Zaqreb derbisində “Lokomotiv”lə üz-üzə gəlib. “Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir” stadionunda baş tutan matçda 5 qol qeydə alınıb. Yekunda meydan sahibləri 3:2 hesablı qələbəyə seviniblər.
 
Mahir bu görüşün iştirakçısı olmayıb. Zədədən yeni qayıdan Azərbaycan millisinin hücumçusunun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.


Digər xəbərlər

Xəbər xətti