AFFA İcraiyyə Komitəsinin dünən baş tutan iclasında türkiyəli mütəxəssis Barış Şimşek Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olundu.
Sportarena.az xəbər verir ki, sabiq referinin təyinatı qonşu ölkədə də geniş müzakirələrə səbəb olub.
Türkiyənin aparıcı media qurumları Barış Şimşekin Hakimlər Komitəsi sədrliyinə təyinatı ilə bağlı xəbərlərə yer verib. Türk azarkeşlər də sosial şəbəkərlərdə AFFA-nın qərarı ilə bağlı müzakirələr aparıblar.
Sosial şəbəkə istifadəçilərinin yazdığı bəzi şərhləri diqqətinizə çatdırırıq:
"Türkiyəni fəth etdi, ora qaldı"
"Keçmiş olsun, qardaş Azərbaycan"
"Azərbaycan futbolunda artıq hakim səhvləri olmağa başlayacaq"
"İndi onlar düşünsünlər"
"Allah Azərbaycan futboluna rəhmət eləsin"
"Türkiyəni fəth etdi, növbə Azərbaycana çatdı. İndidən Allah kömək olsun Azərbaycan futboluna"
"Azərbaycana görə çox kədərləndim"
"Çox pis hakim idi. Necə olur ki, belə vəzifələrə təyin olunur? Başa düşə bilmirəm"