Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb. O, Avstriyada "Rapid" (Vyana) və Polşanın "Lexiya" komandaları arasında Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda baş hakim olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
İyulun 21-də keçirələcək qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.