AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov 14-15 iyul tarixlərində UEFA-nın Matç Direktoru qismində Türkiyənin Trabzon şəhərində səfərdə olub.
Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
UEFA tərəfindən ezam olunan Məmmədov səfər çərçivəsində ötən mövsüm Türkiyə çempionu olmuş “Trabzonspor” klubunun ev oyunlarını keçirdiyi “Şenol Güneş Spor Kompleksi” stadionunun 2022/23-cü illər UEFA yarışlarına hazırlıq səviyyəsi ilə tanış olub. Həmiçinin, səfər zamanı, klubun nümayəndələri ilə görüşdə yeni mövsümdə tətbiq olunacaq qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər müzakirə olunub.