Polşalı futbolçu "Neftçi" ilə oyunları buraxacaq

13:00 16 İyul 2022

Kiprin "Aris" klubunun futbolçusu Karol Struski "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunlarında iştirak etməyəcək.

21 yaşlı yarımmüdafiəçi Ukrayna "Dnepr"inə 4:2 hesabı ilə qalib gəldikləri yoxlama matçında zədələnib.

Körpücük sümüyü sınan polşalı oyunçu əməliyyat olunub. Struskinin təxminən üç aya yaxın yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək. 


Xəbər xətti