Bədii gimnastika üzrə Avropa çempionatı 2023-cü ildə Bakıda keçiriləcək.
Sportarena.az xəbər verir ki, bu barədə Avropa Gimnastika İttifaqının (UEG) mətbuat xidməti məlumat yayıb. Yarışın ev sahibliyi Rusiyadan alınaraq, Azərbaycana verilib.
Avropa çempionatı 17-23 may tarixlərində Bakıda təşkil olunacaq.