"Qarabağ" - "Sürix" matçına 25 min bilet satılıb

14:35 18 İyul 2022

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Sürix"i qəbul edəcək "Qarabağ"a sabah dəstək böyük olacaq.

Sportarena.az xəbər verir ki, görüş üçün nə qədər biletin satıldığı məlum olub. İndiyə qədər 25 min bilet satılıb.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək. Cavab qarşılaşması isə iyulun 27-də İsveçrədə keçiriləcək.  


Digər xəbərlər

Xəbər xətti