“Qarabağ”ın müdafiəçisi Kevin Medina azarkeşlərə müraciət edib. 29 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
O, fanatlara təşəkkür edib və onları komandaya daha çox dəstək olmağa çağırıb:
“Bu klub, şəhər, qladtiatorlar ailəsidir. Verdiyiniz böyük dəstəyə görə təşəkkür edirəm. Gəlin, böyük ailəmiz üçün daha çoxunu edək”.
“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində iyulun 19-da İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq. İlk oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu komandaların cavab qarşılaşması isə iyulun 27-də İsveçrədə keçiriləcək.