Futbol üzrə Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyev “Kəpəz”dən ayrılıb. 32 yaşlı futbolçusu Gəncə təmsilçisi ilə müqaviləsini yeniləmək istəməyib.
Təcrübəli futbolçu sosial şəbəkədə “Kəpəz”lə vidalaşdığını elan edib və bu sözləri yazıb: “Hər şey üçün təşəkkürlər”.
Xatırladaq ki, İmamverdiyev 2021-ci ilin yayından “Kəpəz”də çıxış edirdi.