"Araz-Naxçıvan" braziliyalı oyunçu ilə anlaşdı

12:00 18 İyul 2022

Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" növbəti transferi həyata keçirib.

Sportarena.az xəbər verir ki, ölkə çempionu Varqas Amenqual Andreu ilə anlaşıb. Mövqeyi hücumçu olan braziliyalı forvardın son klubu vətənində “Horizontina” olub. 25 yaşlı oyunçu ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.

​“Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, eləcə də braziliyalı Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə münasibətlərini rəsmiləşdirib. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev və Maneka ilə yeni anlaşma imzalanmayıb. Komanda yeni mövsümün hazırlığına avqustun 10-da start verəcək. 


Digər xəbərlər

Xəbər xətti