“Sabah” Bolqarıstan toplanışına start verdi

12:09 18 İyul 2022

2022/2023 mövsümünə hazırlığını davam etdirən "Sabah" təlim-məşq toplanışının ikinci hissəsi üçün Bolqarıstana yola düşüb.

Sportarena.az xəbər verir ki, Masazır təmsilçisi dünən günorta saatlarında Bansko şəhərinə çatıb.

"Sabah" axşam saatlarında bu ölkədə ilk məşqinə çıxıb. Zədəli olan Tiemoko Fofana və Kristian Da Silva Banskodakı hazırlıqlara qatılmayıblar.

​“Sabah”ın Bolqarıstan toplanışı iyulun 31-nə qədər davam edəcək. Komandanın toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər barədə məlumat veriləcək. 


Digər xəbərlər

Xəbər xətti