“Fənərbağça”nın yeni transferi Villian Araonun mətbuat konfransında təhlükəli anlar yaşanıb.
Tədbir zamanı arxasındakı ağır reklam lövhəsi futbolçunun başı üzərinə düşüb.
O, qorxu və təəccübünü gizlədə bilməyib. Lakin xoşbəxtlikdən yaxınlıqdakı əməkdaşlar lövhəni saxlamağı bacarıblar.
Hadisədən sonra Arao açıqlamalarına davam edib. (oxu.az)