"Qəbələ" klubu Macarıstanda “Fehervar”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda dəstəksiz qalmayacaq.
"Qırmızı-qaralar"ın Mətbuat Xidmətindən verilən məlumatına görə, komandanın Sekeşfehervar şəhərindəki matçda 100-dək tərəfdarı olacaq.
Hazırda Türkiyənin Bolu şəhərində hazırlıq keçən əyalət təmsilçisi iyulun 19-da birbaşa Macarıstana yollanacaq. Zədədən sonra bərpa prosesi keçən Urfan Abbasov və əməliyyatın ardından müalicə olunan Yaovi Akakpo qarşılaşmada iştirak etməyəcək.
Qeyd edək ki, iyulun 21-də "Mol Şoşto Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. (Report)