AFFA-nın İcraiyyə Komitəsinin 15 iyul 2022-ci il tarixli iclasında qəbul olunmuş müvafiq qərara əsasən, Region Liqası komandalarının I Divizionda çıxış edə bilməsi üçün AFFA və PFL tərəfindən aşağıdakı meyarlar müəyyənləşdirilib.
Sportarena.az qurumun saytına istinadən xəbər verir ki, meyarlar bunlardır:
1. Klubun Nizamnaməsi;
2. Dövlət Reyestrindən çıxarış;
3. Klubun strukturu;
4. Standartlara cavab verən meydança və stadion (əgər icarəyə götürələcəksə, stadionla klub arasında qüvvədə olan müqavilə);
5. VÖEN;
6. Oyunlarda təhlükəsizliyin təminatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanından zəmanət məktubu;
7. Oyunlar zamanı Təcili Tibbi Yardımın təmin olunması ilə bağlı zəmanət məktubu;
8. Ən azı 2 dəst oyun formasının maketi;
9. Peşəkar Futbol Liqasının 2022/23-cü illər mövsümünün Əsasnaməsində qeyd olunan şəkildə baş məşqçi, məşqçi və inzibati-kadr struktrunun təqdimatı;
10. Maliyyə mənbəyi ilə bağlı müvafiq hüquqi sənədlər;
11. Region Liqasında ardıcıl 3 mövsüm iştirak.
Yuxarıda qeyd olunanlar müvafiq klublar tərəfindən 25 iyul 2022-ci il, saat 17:00-a qədər [email protected] e-mail ünvanı vasitəsilə AFFA-ya təqdim olunmalıdır.
Qeyd: İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023-cü illər mövsümündə I Divizionda iştirakı təmin olunacaq.