Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun İsveçrənin “Qrasshopper” klubuna transferinin detalları müəyyənləşib. İsveçrə klubu bu keçid müqabilində İngiltərə “Vulverhempton”una 315 min funt-sterlinq təzminat ödəyib.
Bu isə təxminən 636 min manat edir. Yığmamızın üzvü isveçrəlilərlə 2+1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Renat Dadaşov 2020-ci ildə icarə əsasında “Qrasshopper”də çıxış edib. Lakin həmin vaxt ağır zədə səbəbindən o, bu komandada rəsmi oyuna çıxa bilməyib və İngiltərə klubunun düşərgəsinə qayıtmalı olub.