"Milan" Mattia Kaldaranı “Speziya”ya icarəyə verib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu qarşıdakı bir ili icarə əsasında "Speziya"da keçirəcək.
2018-ci ildə “Yuventus”dan transfer olunan Kaldara “Atalanta” və “Venetsiya”da da icarədə oynayıb. “Trapani” və “Çezena”nın da şərəfini qorumuş futbolçu İtaliya millisində 2 oyuna çıxıb.