“Aris” “Neftçi” ilə oyuna 21 futbolçu sifariş etdi

10:58 19 İyul 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kiprin "Aris" klubu iştirak ərizəsini UEFA-ya göndərib. 

Sportarena.az xəbər verir ki, baş məşqçi Aleksey Şpilevski siyahıda 21 futbolçuya yer verib. "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.

Qapıçılar: 1. Vana (Braziliya), 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu

Müdafiəçilər: 3. Kaju (Braziliya), 4. İsmael Patrik Yandal (Kamerun), 5. Kostas Pileas, 13. Delmiro Evora Naskimento (Kabo-Verde), 20. Stiv Yaqo (Fransa), 30. Aleks Muketu-Mussunda (Qabon), 31. Frants Brorsson (İsveç), 65. Yanis Dede Lomme (Fransa)

Yarımmüdafiəçilər: 8. Morqan Braun (İngiltərə), 10. Matiya Şpolyariç, 37. Yulius Syoke (Slovakiya), 58. Yevgeni Yablonski (Belarus)

Hücumçular: 9. Daniel Sikorski (Avstriya), 14. Artur Yannik Qomis (Seneqal), 21. Mixlali Mayambela (CAR), 27. Martin Sloqar (Xorvatiya), 72. Floriss Cave, 80. Şevi Babiçka (hər ikisi Qabon) 


Digər xəbərlər

Xəbər xətti