Çempionlar Liqası: Mahir Emrelinin komandası heç-heçə etdi

01:00 20 İyul 2022

Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə bu gün start verilib.

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub. Azərbaycan çempionu "Qarabağ" İsveçrənin "Sürix" klubunu qəbul edib. Görüş saat 20:00-da başlayıb.

Milli komandamızın forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) isə evdə Şimali Makedoniyanın "Şkupi" klubu ilə oynayıb.


19 iyul

UEFA Çempionlar Liqası


20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) 3:2

20:00. "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) 0:1

20:00. "Jalgiris" (Litva) - "Malmö" (İsveç) 1:0

21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) 3:0

21:45. "Midtülland" (Danimarka) - AEK (Larnaka, Kipr) 1:1

22:45. "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) 1:0

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) 2:2


Digər xəbərlər

Xəbər xətti