Türkiyəli məşhur futbolçu karyerasını başa vurdu

15:00 19 İyul 2022

Türkiyə millisinin sabiq futbolçusu Mehmet Topal karyerasını başa vurub. Yarımmüdafiəçi 36 yaşında futbolla vidalaşdığını açıqlayıb.
 
Peşəkar karyerasına “Dardanelspor”da başlamış Mehmet Topal ölkəsində "Qalatasaray", "Fənərbaxça", "Başakşəhər" və "Beşiktaş"ın, İspaniyada isə "Valensiya"nın formasını geyinib. 2008-ci ildə Türkiyə yığması ilə Avropa çempionatında bürünc medal qazanan oyunçu "Beşiktaş"dan başqa digər İstanbul təmsilçiləri ilə ölkə çempionu olub. O, Türkiyə millisində 81 oyun keçirib, 2 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti