Milli komandamızın forvardı Mahir Emreli "Dinamo"nun bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkupi" klubuna qarşı keçiriləcək matçda iştirak edib-etməyəcəyi dəqiqləşib.
Sportarena.az xəbər verir ki, 23:00-da start götürəcək matçı Emreli kənardan izləyəcək.
Bu barədə Zaqreb klubunun çalışdırıcısı Ante Çaçiç matçdan əvvəl keçirilən mətbuat konfransında məlumat verib. Zədədən yeni dönən millimizin hücumçusu "Şkupi"yə qarşı oynamayacaq.