"Qalatasaray" misirli hücumçunu Fransa klubuna icarəyə verdi

01:51 20 İyul 2022

"Qalatasaray"ın futbolçusu Mustafa Məhəmməd karyerasını Fransada davam etdirəcək.

Sportarena.az xəbər verir ki, misirli hücumçu 2022/2023 mövsümünü icarə əsasında "Nant"da keçirəcək. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məumat yayıb.

Mustafa Məhəmməd son mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 41 oyunda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti