"Neftçi"dən yeni transfer

01:13 21 İyul 2022

“Neftçi” növbəti hücumçu transferini reallaşdırıb.

Sportarena.az xəbər verir ki, belaruslu futbolçu Yeqor Boqomolski Bakıda yerləşən “Liv Bona Dea” xəstəxanasında tibbi baxışdan keçdikdən sonra onunla 2 il müddətinə müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı forvard "ağ-qaralar"ın heyətində 77 nömrəli formanı geyinəcək.

Yeqor Boqomolski Belarusun “Dinamo Minsk” (2019), “Dinamo Brest” (2019-2020), “Rux” (2020-2021) və “Minsk” (2021-2022) klublarında çıxış edib, 2019-cu ildə “Dinamo Brest”in heyətində ölkə çempionu olub. Belarusun U-21 yığma komandasında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef, qanalı hücumçu Qodsvey Donyo və gürcü müdafiəçi Solomon Kvirkveliyanı transfer etmişdi. 


Digər xəbərlər

Xəbər xətti