Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri qarşılaşdı

01:27 21 İyul 2022

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində növbəti oyunlar keçirilib.

Sportarena.az xəbər verir ki, ikinci oyun günündə 5 matç oynanılıb. "Fənərbaxça" Polşada "Dinamo" (Kiyev) ilə üz-üzə gəlib. Matç qolsuz bərabərliklə başa çatıb.

"Qarabağ"ın növbəti mərhələdəki potensial rəqibləri olan "Ferentsvaroş" və "Slovan"ın (Bratislava) oyununda isə slovakiyalılar 2:1 qalib gəlib. 

 

Çempionlar Liqası

HİK (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya) - 1:2
Qollar: Boyan Raduloviç, 50 - Tomaş Hori, 6 (pen.). Yan Kopits, 57

"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) - 1:1
Qollar: Dolev Haziza, 90+2 - Filip Sinkernagel, 7

"Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) - 1:2
Qollar: Kristoffer Zakariassen, 70 - Quram Kaşiya, 81. Tiqran Barseqyan, 86

"Dinamo" (Kiyev, Ukrayna) - "Fənərbaxça" (Türkiyə) - 0:0

"Maribor" (Sloveniya) - "Şerif" (Moldova) - 0:0 


Digər xəbərlər

Xəbər xətti