Mahir Emreli sıraya döndü

11:08 21 İyul 2022

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının azərbaycanlı futbolçusu Mahir Emreli zədəsini sağaldaraq sıraya dönüb. 25 yaşlı hücumçu Xorvatiya çempionatının 2-ci turunun “Slaven Belupo” ilə səfər görüşündə iştirak edə biləcək.
 
İyulun 23-də baş tutacaq bu qarşılaşmaya saat 23:00-da start veriləcək.
 
Emreli daha əvvəl çempionatın 1-ci turunda “Lokomotiv”ə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmanı, həmçinin, Şimali Makedoniya “Şkupi”si ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu buraxıb. 


Digər xəbərlər

Xəbər xətti