Afrikanın ən yaxşı futbolçusu adına son 3 namizəd bilindi

11:30 21 İyul 2022

Afrika Futbol Konfederasiyası (CAF) 2021/22 mövsümünün ən yaxşı oyunçusu adına namizədlərin siyahısını açıqlayıb. Bu ada üç futbolçu - yay fasiləsində İngiltərə "Liverpul"unu Almaniyanın “Bayern” klubuna dəyişən seneqallı hücumçu hücumçu Sadio Mane, mersisaydlıların misirli forvardı Məhəmməd Salah, həmçinin "Çelsi"nin və Seneqal yığmasının qapıçısı Eduar Mendi namizəddir.
 
Salah və Mane artıq üçüncü ildir seçimlərin son mərhələsinə vəsiqə qazanırlar. Misirli oyunçu mükafatı iki dəfə, seneqallı futbolçu isə bir dəfə qazanıb.
 
Qalib iyulun 21-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək mərasimdə açıqlanacaq. 


Digər xəbərlər

Xəbər xətti