“Qarabağ”ın oyunu azarkeş sayına görə birinci oldu

12:10 21 İyul 2022

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarının azarkeş sayı açıqlanıb.

Sportarena.az xəbər verir ki, 12 matçı ümumilikdə 142 minə yaxın insan izləyib.

Ən çox azarkeş isə "Qarabağ"ın "Sürix"lə oyununda qeydə alınıb. Belə ki, bu oyuna 30 782 azarkeş baxıb.

İkinci pillədə 29 654 azarkeşlə “Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) oyunu yer alıb. İlk üçlüyü “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) matçı tamamlayıb – 20 459.

Xatırladaq ki, birinci mərhələdə də "Qarabağ" -"Lex" matçındakı azarkeş sayı digər matçlardakından çox idi. 


Digər xəbərlər

Xəbər xətti